PSJ transfer rekordu qıracaq - 100 milyon avro

PSJ transfer rekordu qıracaq -   100 milyon avro
09:37 18 İyun 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

PSJ transfer rekorduna imza atmaq istəyir. Fanat.Az xəbər verir ki, Paris klubu "Atletiko"nun qapıçısı Jan Oblakı heyətinə qatmağa çalışır.


Sloveniyalı qapıçının Madrid klubu ilə müqaviləsinə əsasən 100 milyon avro ödənəcəyi halda o, istənilən kluba keçə bilər. İddia olunur ki, RSJ bu maddədən yararlanaraq onu heyətinə qatmağa çalışır.


24 yaşlı qapıçını "Mançester Yunayted", "Çelsi" və "Arsenal"ın da istədiyi bildirilir.


Qeyd edək ki, "Atletiko" Jan Oblakı 2014-cı ildə "Benfika"dan 16 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 40 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-psj-transfer-rekordu-qracaq-t58746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR