Fransada parlament seçkilərinin ikinci turu keçirilir

Fransada parlament seçkilərinin ikinci turu keçirilir
10:12 18 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Fransada parlamentin aşağı palatasına seçkilərin ikinci turu keçirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, prezident Emmanuel Makoronun "İrəli, Respublika" Partiyasının 577 yerə malik  parlamentdə 415-445 mandat qazanacağı proqnozlaşdırılır.

Qeyd edək ki, iyunun 11-də parlament seçkilərinin birinci turunda E. Makronun partiyası 28,21 faiz, Respublika Partiyası 15,77 faiz, Maria Le Penin Milli Cəbhə Partiyası 13,2 faiz, Fransa Müqavimət Partiyası 11,02 faiz və Sosialist Partiyası 7,44 faiz səs qazanaraq ikinci tura keçib. Birinci turda seçici fəallığı 48,71 faiz olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR