Efiopiyada unudulmuş şəhər aşkarlanıb

Efiopiyada unudulmuş şəhər aşkarlanıb
10:22 18 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 iyun. REPORT.AZ/ Britaniya arxeoloqları Efiopiyanın şərqində unudulmuş Harla şəhərini aşkarlayıblar.
"Report"un məlumatına görə, bu barədə "BBC" xəbər yayıb.
Xəbərdə bildirilir ki, şəhər eramızdan əvvəl X əsrdə salınıb. Şəhərin içində XII əsrə aid məscid tapılıb. Arxeoloqlar iddia edirlər ki, Harla vaxtilə nəhənglər şəhəri sayılıb.
Britaniyanın Eksetersk universitetinin professoru Timoti İnsol bildirib ki, Harla regional sənət və ticarət mərkəzi olub. Onun sözlərinə görə, şəhərin sənətkarları bijuteriya və zərgərlik məmulatlarının hazırlanması ilə ixtisaslaşıblar.
Harlanın əhalisi müxtəlif xalqlardan ibarət olub. Burada əcnəbilər də məskunlaşıb. 
Arxeoloqlar sakinlərin nə ilə qidalandıqlarını öyrənmək üçün yerli qəbiristanlığın təxminən 300 cəsədinin analizini keçirəcəklər. Qazıntılar gələn il davam etdiriləcək.



Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/efiopiyada-unudulmus-seher-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR