Azərbaycanda toyda kütləvi dava - Xəsarət alanlar var

Azərbaycanda toyda kütləvi dava - Xəsarət alanlar var
10:22 18 İyun 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda bir nəfərin bıçaqlanması, bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.

Milli.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Qovlar şəhərində toy mərasimi zamanı, sərxoş gənclər arasında qeydə alınıb.

Bir qrup şəxs arasında dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Sürət Vəkil oğlu kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Əlbəyaxa dava zamanı, həmçinin bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/555338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR