İdeal bədən quruluşuna sahib olmaq üçün -

İdeal bədən quruluşuna sahib olmaq və bədəndəki artıq yağlardan xilas olmaq üçün düzgün qidalanmağın böyük önəmi var. Metbuat.az ideal bədən quruluşuna sahib olmaq üçün sizə faydalı olacaq "super qidaları" təqdim edir.

1. Ənginar- zəngin lif tərkibi sayəsində bədəndəki xolesterinin səviyyəsini aşağı salmağa kömək edir, bağırsağın fəaliyyətini gücləndirir,qaraciyərdəki toksinlərin artmasına təsir göstərir.

2. Qulançar- A, B və C vitaminləriylə zəngin qulançarın tərkibində həm də, kalsium, maqnezium vitaminləri var. Tərkibindəki turşular sayəsində ürək-damar sisteminin müdafiəsini təşkil edir.

3. Paxla- Böyrək funksiyalarını tənzimləyərək, onların sağlam fəaliyyət göstərməsini təşkil edir. İmmunitet sisteminin gücləndirərək digər orqanların inkişafına da təsir göstərir.

4.Sarımsaq- Artıq çəkinin aradan qaldırılmasına kömək edir. Zəhərlənmələr qarşı faydalıdır. Saç tökülməsinin qarşısını alır. Ürəyinin fəaliyyət prosesinə müsbət təsir göstərir. Bədəndəki iltihab və infeksiyalarla mübarizədə faydalıdır.

5. Soğan- Adenozin maddəsiylə zəngin olan soğan infarkt təhlükəsini azaldır. Təzyiqin yuxarı qalxmasının qarşısını alır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR