Kosta-Rika prezidenti müsahibə zamanı arını udub

Kosta-Rika prezidenti müsahibə zamanı arını udub
11:17 18 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 iyun. REPORT.AZ/ Kosta-Rika prezidenti Luis Gilyermo Solis jurnalistlərlə söhbət zamanı arını udub.
"Report"un məlumatına görə, bu barədə "ABC 6" telekanalı xəbər yayıb.
Solis ölkənin cənub hissəsində beton zavodunun açılması barədə danışarkən həşərat ona tərəf qalxıb. Prezident özünü itirməyərək onu udub.
"Mən onu yedim. Arını yedim. Hər gün bir cür olur. Təmiz zülal" – deyə Kosta-Rikanın başçısı zarafatla bildirib. Onun bu hərəkəti təəccüblə qarşılanıb. 





Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/kosta-rika-prezidenti-musahibe-zamani-arini-udub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR