Azərbaycanda havanın temperaturu yenidən yüksələcək - PROQNOZ

Azərbaycanda havanın temperaturu yenidən yüksələcək - PROQNOZ
11:59 18 İyun 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə gözlənilən hava şəraiti ilə bağlı məlumatı açıqlayıb. Lent.az nazirliyə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi  axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18° isti, gündüz  25-30° isti olacağı gözlənilir. Bakıda gecə  16-18° isti, gündüz  27-29° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 757 mm civə sütunundan  754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % təşkil edəcək.

 

 

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacağı, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz  28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR