Zaur Svanadze: “Ən yaxşı oyunlarımızdan birini keçirdik”

Zaur Svanadze: “Ən yaxşı oyunlarımızdan birini keçirdik”
12:07 18 İyun 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" iyunun 17-də Rumıniya "Vitorul"u ilə yoxlama matçı keçirib.

 

Fanat.Az xəbər verir ki, oyundan sonra baş məşqçi Zaur Svanadze matç barədə fikirlərini açıqlayıb və toplanışı qiymətləndirib.


"Bu gün keçirdiyimiz oyun Avropa Liqası matçları ərəfəsində başlıca repetisiya idi. Yaxşı komanda ilə qarşılaşdıq, futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər. Baxımlı futbol sərgilədik, qol vəziyyətləri yaratdıq. Demək olar ki, toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik. Oyundan razı qaldım, uşaqlar taktiki tapşırıqları yerinə yetirdilər".


"Toplanış məhsuldar keçdi. Birinci və ikinci oyunları yükləmələr fonunda keçirdik. Uşaqlar məşqlərdə vicdanla hazırlaşdılar. Toplanış barədə ümumi qiymət müsbətdir. Yaratdığı şəraitə görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Bundan sonra Avroliqa oyunlarınadək hazırlığımızı Bakıda davam etdirəcəyik".

 

Görüş "İnter"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-zaur-svanadze-n-yax-oyunlarmzdan-birini-kecirdik-t58753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR