Ağabala Ramazanovu "Qarabağ"dan ayrı düşdü

Ağabala Ramazanovu "Qarabağ"dan ayrı düşdü
12:07 18 İyun 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Hazırlığını Avstriyada davam etdirən "Qarabağ" səfərdə ilk məşqinə çıxıb. 

 

Fanat.Az xəbər verir ki, səhər məşqini fitnes zalında keçirən komanda günün ikinci hazırlığna yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 21:00) meydançada çıxıb. Məşqdən öncə futbolçularla kiçik toplantı keçirən baş məşqçi Qurban Qurbanov qısa söhbət edib və məşq proqramını komandaya təqdim edib. 


İki qrup halında olan komanda çalışmalara "kvadrat"la başlayıb. Hazırlığın ikinci yarısında isə futbolçular fiziki tapşırıqları yerinə yetirərək məşqi başa vurub. Ağabala Ramazanov isə fərdi məşqlə kifayətlənib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-aabala-ramazanovu-quotqarabaquotdan-ayr-dudu-t58752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR