Bakıda taksi sürücüsünün başına oyun açdılar

Bakıda taksi sürücüsünün başına oyun açdılar
12:19 18 İyun 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda taksi sürücüsü qarşılaşdığı hadisə ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, 1973-cü il təvəllüdlü Hüseynov Vüqar Əlhəsən oğlu şikayət ərizəsi yazaraq qeyd edib ki, Sarayevo küçəsində şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxs müştəri qismində nəqliyyat vasitəsinə əyləşib. Həmin şəxs şəhərin müxtəlif yerlərindəki bir neçə ünvana taksi sürdürdükdən sonra sürücünün Zığ şosesinə sürməsini istəyib. Onlar Xətai rayonu Zığ şosesinə gələndə müştəri düşüb və bir neçə dəqiqədən sonra qayıdacağını deyib. Lakin V.Hüseynov nə qədər gözləsə də, müştəri qayıtmayıb.

 

Müraciət əsasında araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277244

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR