22 İŞİD üzvü öldürüldü: bin Ladenin qalası ələ keçirildi

22 İŞİD üzvü öldürüldü: bin Ladenin qalası ələ keçirildi
13:18 18 İyun 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın şərqində Nangarhar vilayətinin Paçiragam və Çaparhar rayonlarında aparılan əməliyyatda İŞİD-in 22 üzvünün öldürüldüyü bildirilib.

Publika.az xəbər verir ki, müdafiə naziri Tarıq Şah paytaxt Kabildə keçirdiyi mətbuat konfransında təhlükəsizlik qüvvələrinin əməliyyatında İŞİD nəzarətində olan Paçiragamda strateji əhəmiyyətə malik Tora Bora bölgəsinin geri alındığını söyləyib. Bu ərazi keçmiş Əl-Qaidə lideri Usame bin Ladenin qalası kimi tanınır.

Sözügedən ərzilərdə havadan və qurudan keçirilən əməliyyatda 22 İŞİD əməkdaşının öldürüldüyünü deyən nazir 10 təşkilat üzvünün də yaralandığını bildirib.

Onun sözlərinə görə, əməliyyata zamanı yüzlərlə ailə evlərini tərk etmək məcburiyyətində qalıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR