Fransa prezidenti seçki məntəqəsinə tək getdi

Fransa prezidenti seçki məntəqəsinə tək getdi
13:38 18 İyun 2017
31 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Emmanuel Makron bu gün ölkədə keçirilən parlament seçkilərinin ikinci turunda səs verib.

Publika.az report.az-a istinadən bildirir ki, bununla bağlı "BFMTV" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, o, kuror şəhəri Le-Tukedə, Pa-de-Kale departamentinin şimal-qərbindəki səsvermə məntəqəsinə gələrək vətəndaşlıq borcunu yerinə yetirib.

Onun gəldiyi seçki məntəqəsi yerli meriyanın ərazisinə aiddir. Qeyd edək ki, Makron prezident seçkilərində bu şəhərdəki seçki məntəqəsində xanımı Brijitlə birlikdə səs vermişdi. Lakin dövlət başçısı bugünkü seçkidə səs vermək üçün seçki məntəqəsinə tək gəlib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR