Ronaldoya ilk təklif gəldi: 200 milyon avro

Ronaldoya ilk təklif gəldi:   200 milyon avro
13:57 18 İyun 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

"Real"dan ayrılmaq istədiyini deyən Kriştiano Ronaldoya ilk təklif gəlib. Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz ilk təklifini sabiq klubu "Mançester Yunayted"dən alıb.


Bu barədə iddia ilə BBC müxbiri Julien Laurens çıxış edib. İddiaya görə, "Mançester Yunayted" Ronaldo üçün "Real"a 200 milyon avro təklif edir.


Qeyd edək ki, "Mançester Yunayted" 2009-cu ildə Ronaldonu "Real"a 94 milyon avroya satıb.


Ronaldoya ikinci təklifin PSJ-dən gəldiyi bildirilir. "Corriere dello Sport" bildirir ki, Paris klubu portuqaliyalı ulduz üçün ispanlara 140 milyonavro təklif edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldoya-ilk-tklif-gldi-t58755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR