"Yuve"nin ulduzunun bir ayağı İngiltərə klubunda

"Yuve"nin ulduzunun bir ayağı İngiltərə klubunda
14:07 18 İyun 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Daniel Alves "Yuventus"dan gedir. Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, turinlilərlə olan müqaviləsinin müddəti 2018-ci ildə başa çatan braziliyalı klubdakı durumundan razı deyil.


34 yaşlı cinah müdafiəçisi italyanlardan daha uzunmüddətli sözləşmə təklifi gözləsə də, "Yuve" rəhbərliyi hərəkətə keçməyib. Bu üzdən Alves "Mançester Siti"dən aldığı sərfəli təklifi dəyərləndirmək niyyətindədi. Tərəflər artıq danışıqların ilkin mərhələsini uğurla yekunlaşdırıb. "Sambaçı"nı "Barselona"nı çalışdırdığı dönəmdən yaxşı tanıyan Xosep Qvardiola cənubi amerikalını sərəncamında görməkdə maraqlıdı.


Qeyd edək ki, Alves bu mövsüm "Yuventus"un formasıyla çıxdığı 33 matçda 6 qol və 7 məhsuldar ötürməylə yadda qalıb. O, çempion olmaqla yanaşı, İtaliya kubokunu başı üzərinə qaldırıb və Çempionlar Liqasında final oynayıb.  


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotyuvequotnin-ulduzunun-bir-aya-ngiltr-klubunda-t58756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR