Qətər ilə Səudiyyə Ərəbistanı siyasətçiləri arasında ƏLBƏYAXA DAVA

Qətər ilə Səudiyyə Ərəbistanı siyasətçiləri arasında ƏLBƏYAXA DAVA
14:34 18 İyun 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının Küveytdə keçirilən iclasında Qətər ilə Səudiyyə Ərəbistanının nümayəndələri arasında əlbəyaxa dava düşüb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının nümayəndəsi çıxışı zamanı Qətəri nalayiq sözlərlə təhqir edib. Qətər nümayəndələri isə cavab verərək ayağa qalxıblar və bundan sonra əlbəyaxa dava başlayıb.

İclasın təhlükəsizliyini təmin edən mühafizəçilərin müdaxiləsindən sonra əlbəyaxa davaya son qoyulub. Hər iki dövlətin nümayəndə heyətinin bir yerdə olması problem yaratdığı üçün iclas dayandırılıb və başqa vaxta keçirilib.

Əlbəyaxa dava sosial şəbəkələrdə də yayılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR