Heydər Əliyev Mərkəzinin parkında karate dərsi keçirilib

Heydər Əliyev Mərkəzinin parkında karate dərsi keçirilib
15:07 18 İyun 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 iyun. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün karate dərsi təşkil olunub.
"Report" Heydər Əliyev mərkəzinə istinadən xəbər verir ki, iki saata yaxın davam edən dərsi 5 dəfə dünya çempionu, 13 dəfə Avropa çempionu, "Bakı-2015" Avropa Oyunlarının və "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi Rafael Ağayev keçib.
Qeyd edək ki, Mərkəzin parkında ənənəvi olaraq müxtəlif tədbirlər, eləcə də dərslər təşkil olunur. Parkdakı tədbirlərə giriş sərbəst və ödənişsizdir.
Tədbirlər barədə elanları Heydər Əliyev Mərkəzinin Facebook və Instagram səhifələrindən izləmək olar.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/heyder-eliyev-merkezinin-parkinda-karate-dersi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR