Heydər Əliyev Mərkəzinin parkında -

Bu gün səhər Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün karate dərsi təşkil olunub.

İki saata yaxın davam edən dərsi 5 qat dünya çempionu, 13 dəfə Avropa çempionu, "Bakı-2015" Avropa Oyunlarının və "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi Rafael Ağayev keçib.

Qeyd edək ki, Mərkəzin parkında ənənəvi olaraq müxtəlif tədbirlər, eləcə də dərslər təşkil olunur. Parkdakı tədbirlərə giriş sərbəst və ödənişsizdir.

Tədbirlər barədə elanları Heydər Əliyev Mərkəzinin Facebook və Instagram səhifələrindən izləmək olar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR