"Kəpəz"in kapitanı: "Özümüzə məşğuliyyət tapa bilmirik"

"Kəpəz"in kapitanı: "Özümüzə məşğuliyyət tapa bilmirik"
16:27 18 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

"Kəpəz”in əsas komandasının üzvü Şəhriyar Əliyev futbolsuz darıxıb. Klub saytına açıqlama verən müdafiəçi formadan düşməmək üçün fərdi məşqlərə başladığını, yeni mövsümün startını səbrsizliklə gözlədiyini bildirib: 


“Mövsümlərarası fasilə çoxdu deyə futbolsuz lap ürəyimiz partlayır (gülür). Düzdü, istirahət etmək üçün vaxtımız çoxdu, arada uşaqlarla yığışıb futbol oynayırıq. Hardasa 15 gün dincəldim, artıq məşqlərə başlamışam. Hər gün məşq edirəm ki, formada qalım. İstirahət dövrünü passiv keçirsək, sonra əleyhimizə işləyər. Kökəlməyə meylli adamam. Lakin indi arıqlamışam. Futbol üçün də darıxmışam. İdmançı 2-3 gün məşq etməyəndə darıxır, təsəvvür edin indi futbolsuz nə hala düşmüşük. Bizim işimiz budu. Çempionat olanda başımız məşqlərə, oyunlara qarışır. Amma hazırda özümüzə məşğuliyyət tapa bilmirik. Növbəti çempionatı həvəslə gözləyirik”. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotin-kapitan-quotozumuz-muliyyt-tapa-bilmirikquot-t58759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR