Təhlükəsizliyin təmini Almaniyaya 32 milyon avroya başa gələcək

Təhlükəsizliyin təmini Almaniyaya 32 milyon avroya başa gələcək
17:05 18 İyun 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya 7-8 iyun tarixlərində Hamburq şəhərində keçiriləcək "G20" sammitində təhlükəsizliyin təmin edilməsi üçün 32 milyon avro ayırıb.
 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Bu vəsaitin 20,8 milyon avrosu polisə ayrılıb. Bura güc strukturlarının əməkdaşlarının nəqliyyat və yerləşdirmə xərcləri də daxildir. 6 milyon avro əlavə olaraq Cinayət İşləri üzrə Federal İdarəyə, 1,6 milyon avro texniki xidmətlər üçün ayrılıb.
 
Sammitin keçirilməsi üçün Almaniya Xarici İşlər Nazirliyinə isə 49 milyon avro ayrılıb. Sammitlə bağlı yekun xərclər tədbir başa çatdıqdan sonra açıqlanacaq.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR