Bakıda yük avtomobili yandı -

Bakı şəhəri, Yasamal rayonunda yanğın qeydə alınıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan "FORD" markalı yük avtomobilinin mühərrik və kabinasının yanar hissələri yanıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 13:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR