Almaniyanı qana boyamaq istəyən şəxs saxlanıldı

Almaniyanı qana boyamaq istəyən şəxs saxlanıldı
17:47 18 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Almaniyanın Ştutqart şəhər aeroportunda təyyarədə terror aktı törətməyə hazırlaşmaqda şübhəli sayılan iki nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Stuttgarter Zeitung" qəzeti məlumat yayıb.

Şübhəli şəxslər Ştutqart aeroportundan Bolqarıstana uçacaq təyyarədə saxlanılıb. Saxlanılan şəxslərin ifadələri açıqlanmayıb, söhbətin terror aktı, yaxud uğursuz zarafatdan gedib-getmədiyi məlum deyil. Saxlanılanların yaşı və milliyəti barədə məlumat verilmir.
 
"Bulgaria Air" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri evakuasiya edilib, təyyarədə axtarış aparılıb. Təyyarədə şübhəli əşya aşkarlanmayıb. Aeroportun fəaliyyəti isə müvəqqəti dayandırılıb. Hazırda aeroportun normal rejimdə fəaliyyəti bərpa edilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR