Yəməndə hava zərbələri nəticəsində 24 nəfər ölüb

Yəməndə hava zərbələri nəticəsində 24 nəfər ölüb
17:50 18 İyun 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yəmənin şimalında hava zərbələri nəticəsində azı 24 nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Saba xəbər agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, zərbə Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənin şimalındakı Saad əyalətində endirilib.

Qeyd olunur ki, zərbə Əl-Maşnak bazarına endirilib və bu zaman orada dinc sakinlər olub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2767815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR