Gürcü xalqına ÇAĞIRIŞ: "Konstitusiyalı monarxiya qurun"

Gürcü xalqına ÇAĞIRIŞ: "Konstitusiyalı monarxiya qurun"
18:52 18 İyun 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Katolikos - Bütün Gürcüstanın patriarxı II İliya gürcü xalqının ölkədə konstitusiyalı monarxiya qurmağa çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, II İliya Gürcüstanın qədim monarxiya olduğunu bildirib.

Katolikos konstitusiyalı monarxiyanın ölkəyə sabitlik gətirəcəyini bəyan edib: "Bizi çar idarə edib.  Bu gün dünyanın bir hissəsində monarxlar var, hökmranlıq edirlər, ancaq ölkəni idarə etmirlər. Bu, konstitusiyalı monarxiyadır və ölkəyə sabitlik gətirir. Bu, yəqin ki, bu gün, sabah baş verməyəcək, ancaq biz keçmişi, bu günü və sabahı analiz etməliyik. Ümid edirəm ki, gürcü xalqı sülh yolu tapacaq". 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR