Türkiyədə 22 yaşlı gənc babasını və nənəsini öldürdü - Hərəsinə 15 zərbə - FOTO

Türkiyədə 22 yaşlı gənc babasını və nənəsini öldürdü - Hərəsinə 15 zərbə - FOTO
19:12 18 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ədirnə şəhərində 22 yaşlı Oğuzhan Səlçuk adlı gənc ailə münaqişəsi çərçivəsində babası Zeynel Səlçuku və nənəsi Fördevs Səlçuku qətlə yetirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, gənc oğlan cinayəti törətdikdən sonra evdən çıxarkən qarşısına çıxan xalası Çiğdem Səlçuku və onun oğlu Barış Esendemiri də yaralayıb.

Babası və nənəsini 15 bıçaq zərbəsi ilə qətlə yetirən nəvə heç nə olmamış kimi internet kluba gedib. Orada əllərini yuduqdan sonra kompyuter qarşısına oturarkən polislər tərəfindən tutulub.

Qeyd edək ki, Zeynel Səlçuk futbol məşqçisi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR