Bəhreyn Qətər hərbçilərinə ölkəni tərk etmək əmri verib

Bəhreyn Qətər hərbçilərinə ölkəni tərk etmək əmri verib
19:42 18 İyun 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 iyun. REPORT.AZ/ Bəhreyn hökuməti ABŞ-ın rəhbərliyi altında İŞİD terror qruplaşması ilə mübarizə üzrə koalisiyanın tərkibində xidmət edən Qətər hərbçilərinə 48 saat ərzində ölkəni tərk etmək əmri verib.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə vəziyyətlə yaxından tanış olan mənbə məlumat verib.
Qətər hərbçilərini Bəhreynə 2014-cü ildə göndərib. Onların dəqiq sayı məlum deyil.
"Onlar hələ ki, bazadadırlar, lakin, çox güman ki, yaxın iki gündə gedəcəklər", — deyə o əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/behreyn-qeter-herbcilerine-olkeni-terk-etmek-emri-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR