Bakıda 40 min manatlıq avtomobilin üzərinə benzin töküb -

Bakının Bakıxanov qəsəbəsində “Hyundai Tucson” markalı avtomobil üzərinə benzin tökülərək yandırılıb.

Metbuat.az-ın məlumatına görə, qəsəbə sakini Süleymanov Kərəm Əhəd oğlu polisə müraciət edərək bildirib ki, ona məxsus “Hyundai Tucson” markalı avtomobil Orxan adlı şəxs tərəfindən yandırılıb. Hadisə səhər saatlarında baş verib. Avtomobilin dəyəri təqribən 40 min manatdır. Faktla bağlı araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR