Azərbaycan "Global Innovation Index" reytinqində 3 pillə irəliləyib

Azərbaycan "Global Innovation Index" reytinqində 3 pillə irəliləyib
20:52 18 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan dünyanın ən innovativ ölkələrinin reytinqində 3 pillə irəliləyərək 127 ölkə arasıda 82-ci yerə yüksəlib.
"Report" xəbər verir ki, bu barədə "Global Innovation Index"in 2017-ci il üzrə hazırladığı hesabatında bildirilir.
MDB ölkələri arasında Rusiya 45, Ukrayna 50, Moldova 54, Ermənistan 59, Qazaxıstan 78, Belarus 88, Tacikistan 94 və Qırğızıstan 95-ci yerləri tutub.
İlk üç yerdə İsveçrə, İsveç və Hollandiya qərarlaşıb. Birləşmiş Ştatlar və Böyük Britaniya 4 və 5-ci yerlərdədir.
Özbəkistan və Türkmənistanla bağlı məlumat yoxdur.
Tərtibatçıların sözlərinə görə, reytinq altı iri elmi-tədqiqat təşkilatının araşdırmaları əsasında tərtib edilib. Tərtibat zamanı eləcə də, siyasi mühitin vəziyyəti, təhsil, infrastruktur və biznes mühitini əks etdirən 81 göstərici nəzərə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-global-innovation-index-reytinqinde-3-pille-irelileyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR