İspaniya portalı Formula-1 pilotlarının Azərbaycan Qran-prisi barədə fikirlərini dərc edib

İspaniya portalı Formula-1 pilotlarının Azərbaycan Qran-prisi barədə fikirlərini dərc edib
21:05 18 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "f1aldia.com" portalında "Red Bull Racing TAG Heuer" komandasının pilotları Daniel Rikiardo və Maks Ferstapenin Bakıda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisi barədə fikirlərinin əks olunduğu məqalə dərc edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə cari mövsümdə 5-ci və 6-cı yerlərdə qərarlaşan pilotlar Bakı şəhər halqası haqqında fikirlərini bölüşüblər.

Daniel Rikiardo qeyd edib ki, Bakıda yarışmaq maraqlıdır, lakin dar döngələrə girmək çox çətin olacaq.

Maks Ferstapenin fikrincə isə Bakı trasının xüsusi sxemi var. Burada enli hissələrlə bərabər, Monako trasından daha dar olan küçələr var. Ferstapen Bakıda qalacağı mehmanxanadan, onun birbaşa Bakı şəhər halqasına açılan möhtəşəm mənzərəsindən məmnunluğunu ifadə edib. O deyib ki, bir gün axşam saatlarında Bakının mağazalarını gəzmək istəyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/555452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR