Fransada parlament seçkilərinin II turunda Emmanuel Makronun partiyası liderlik edir

Fransada parlament seçkilərinin II turunda Emmanuel Makronun partiyası liderlik edir
22:42 18 İyun 2017
29 Dünya
Ölkə mətbuatı
A- A+

Paris. 18 iyun. REPORT.AZ/ Fransada parlament seçkilərinin II turunda prezident Emmanuel Makronun "İrəli, respublika" partiyası liderlik edir.
"Report"un Fransa bürosu xəbər verir ki, ilkin nəticələrə görə, “İrəli, Respublika” hərəkatı Milli Assambleyadakı 577 yerdən 355-ni qazanıb.
Seçki bülletenlərinin 56,76%-nin (11,8 milyon) hesablanmasından sonra, ölkə üzrə seçicilərin ümumilikdə 41,25%-i "İrəli, respublika"dan olan namizədlərə səs verib. Onun ardınca 22,59% ilə sağmərkəzçi "Respublkaçılar" partiyası, Marin Le Penin sağçı "Milli Cəbhə" partiyası (9,93%), solmərkəzçi "Sosialist partiyası" (6,24%) və Jan-Lük Melanşonun solçu "Fəth olunmamış Fransa" partiyası (2,89%) qərarlaşıb.
Makronun hərəkatının "Modem" partiyasından ("Demokratik hərəkat") olan müttəfiqləri səslərin 5,90% toplayır.




Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-parlament-seckilerinin-ii-turunda-emmanuel-makronun-partiyasi-liderlik-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR