Fransada parlament seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlandı

Fransada parlament seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlandı
22:43 18 İyun 2017
28 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada keçirilən parlament seçkilərinin ikinci turunda ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalıb gəlir.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.

Bülletenlərin 56 faizinin hesablanmasından sonra mərkəzçi "İrəli, Respublika!" 41,25 faiz seçici səsi toplayıb. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 22,59 faiz, Marin Le Penin “Milli Cəbhə”si 9,93,01 faiz, sabiq hakim “Sosialist Partiyası” 6,24 faiz, Jan Lyuk Melanşonun "Təslim olmamış Fransa" partiyası 2,89 faiz səs toplayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR