Uşaqlara hər gün yumurta verin -

Səhər yeməyinin əvəzsiz protein mənbəyi olan yumurtanın daha bir faydası ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, “Vaşinqton” univeristetinin araşdırmasına görə, uşağın hər gün bir yumurta qəbul etməsi onun inkişafına ciddi təsir edir.

Alimlər 6-9 yaş arası bir neçə uşağa bir il boyunca hər gün yumurta verib. Digər qrupda yer alan uşaqların yemək menyusunda isə yumurtaya yer verilməyib. 1 ildən sonra aparılan araşdırmalar sübut edib ki, yumurta qəbul edən uşaqlar digərləriylə müqayisədə daha yaxşı inkişaf edib.

Məlum olub ki, yumurta dünya üzrə 160 milyon uşaqda inkişaf probleminə dair xəstəliklərin yaranmasına əngəl olub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR