Neftçalada bacıoğlu 67 yaşlı dayısını döydü

Neftçalada bacıoğlu 67 yaşlı dayısını döydü
23:38 18 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçalada xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Boyat kəndində qeydə alınıb.

İlkin məlumata görə, 67 yaşlı kənd sakini Zeynalov Qardaş Həsən oğlu mübahisə zəminində Rövşən adlı bacısı oğlu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. Zərərçəkən Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra Qardaş Zeynalov Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR