Kosmosda cinsi əlaqədə olmaq mümkündürmü? -

Alimlər kosmosda cinsi əlaqənin mümkün olub-olmadığı barədə araşdırmalar aparır.

Metbuat.az xəbər verir ki, bu araşdırmanın məqsədi digər planetlərdə uşaq dünyaya gətirmənin mümkünlüyünü öyrənməkdir. Bildirilir ki, elm adamları yaxın illərdə Marsda insan koloniyalarının salınması barədə plan üzərində işləyir. İnsanlar Marsda yaşamağa başladıqdan sonra onların qırmızı planetdəki daimi mövcudluğunu təmin etmək üçün uşaq dünyaya gətirməsi vacibir.

Elmi konfransların birində çıxış edən “Corc Vaşinqton” univeristetinin alimi Kris Lenhard belə deyib:

“Kosmosda koloniya qrumaq istəyiriksə, bunu reallaşdırmağın tək yolu var. Uşaq dünyaya gətirmək. Bu məsələni köklü şəkildə araşdırmaq lazımdır. Kosmosda yaşamaq istəyiriksə, bu detal çox kritik əhəmiyyət təşkil edir. Məsələ insanların kosmosda varlığını necə qoruyacağıdır. İnsanlar gələcəkdə var olarsa, günümüzdəkindən fərqli olacaq. Bu bəlkə də, tariximiz üçün dönüş nöqtəsidir.

Alimlərin sözlərinə görə, insan embrionun kosmosda inkişaf edib-etməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, bir müddət əvvəl yaponiyalı alimlər bu məqsədlə dondurduqları siçan spermasını 9 ay Beynəlxaql Kosmos stansiyasında saxlayıb. Daha sonra onlar dişi siçanın bətninə yerləşdirilib. Nəticə uğurlu olub. Lakin bu prosesin insanlar üzərindəki nəticəsi barədə fikir söyləmək çətindir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR