Bədəndəki səpgilərdən asan yolla xilas olun -

Yay mövsumu gəldiyindən insanlar açıq-saçıq geyinməyə üstünlük verir. Lakin bədən nahiyyəsində səpgilər olan insanlar açıq geyimlərdən istifadə etməkdə çətinlik çəkir.

Metbuat.az xarici mənbələrə istinadən bədəndəki səpgilərin aradan götürülməsi üçün təbii vasitələrdən ibarət 2 resept təqdim edir.

1. Bir stəkan bulaq suyu ilə 1 stəkan alma sirkəsini qarışdırın. Gündə iki dəfə- səhər və axşam olmaqla həmin qarışığı pambıqla səpgilərin olduğu nahiyyəyə sürtün. Yarımsaat gözlədikdən sonra yuyun. (Diqqət: alma sirkəsindən başqa sirkə istifadə etmək olmaz)

2. Bir ədəd portağalı soyub qabığını yaxşıca əzin. Ardınca üzərinə 1 çay qaşığı qabartma tozu əlavə edib qarışdırın. Sonra onun içinə bir neçə damcı portağal suyu əlavə edib yenidən qarışdırın. Əldə edilən qatışığı səpgilərin olduğu nahiyyəyə qoyub 15-25 dəqiqə gözləyin. Ardınca həmin nahiyyəni isladılmış yumşaq parça ilə masaj edərək təmizləyin. 5 gün boyunca hər gecə yatmazdan əvvəl eyməyiniz tövisyyə olunur.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR