Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb
01:22 19 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 18 iyun. REPORT.AZ/ Tovuzda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Düzqırıxlı kəndində qeydə alınıb.
İçki məclisində bir araya gələn dostlar arasında sərxoş olduqdan sonra hazırda bilinməyən səbəbdən mübahisə düşüb və sonradan davaya çevrilib. Bu zaman 1972-ci il təvəllüdlü kənd sakini Mamedov Ceyhun İdris oğlu başından butulka zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Dava zamanı daha iki nəfər də müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-kutlevi-dava-zamani-bir-nece-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR