Marin Le Pen ilk dəfə Fransa parlamentinin tərkibinə daxil olub

Marin Le Pen ilk dəfə Fransa parlamentinin tərkibinə daxil olub
02:07 19 İyun 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ "Milli cəbhə" partiyasının rəhbəri Marin Le Pen ilk dəfə olaraq Fransa parlamentinin Aşağı palatasının tərkibinə daxil olub.
"Report" xəbər verir ki, Milli Məclisə keçirilən seçkilərin II turundan sonra Le Pen ölkənin şimal-qərbindənki seçki dairəsində təqribən 59 faiz səs toplayıb.
İlkin məlumatlara əsasən, "Milli Cəbhə" Milli Məclisdə 4-dən 6-ya qədər mandat əldə edə bilər. Bu partiya üzvlərinə parlamentin Aşağı palatasında öz fraksiyasını yaratmaq imkanı verməyəcək, çünki bunun üçün ən azı 15 mandat lazımdır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/marin-le-pen-ilk-defe-fransa-parlamentinin-terkibine-daxil-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR