Avropa çempionatı: Boksçumuz 1/8 finala yüksəlib

Avropa çempionatı: Boksçumuz 1/8 finala yüksəlib
03:15 19 İyun 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında Avropa çempionatı davam edir. Yarışın 3-cü günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Trend-in məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Edqaras Skurdelislə (Litva) üz-üzə gəlib. Qarşılaşma dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Çələbiyev rəqibini 4:1 hesabı ilə məğlub edib.

O, 1/8 finalda fransalı Sofian Oumiha ilə gücünü yoxlayacaq. Görüş iyunun 20-də baş tutacaq.

Çələbiyevdən fərqli, Eldar Quliyevin (81 kq) debütü uğurlu alınmayıb. 1/8 finala gedən yolda Müslim Hacımaqomedovla (Rusiya) qarşılaşan gənc boksçumuz 0:5 hesabı ilə məğlub olub.

Bu gün daha bir təmsilçimiz - Kamran Şahsuvarlının (75 kq) da ilk rəqibi bilinib. Birinci mərhələdən azad olan Olimpiya mükafatçımız 1/8 finalda Emmet Brennanla (İrlandiya) mübarizə aparacaq. Onun rəqibi polşalı Bartoş Qolebiyevskiyə qalib gəlib – 3:2.

Şahsuvarlı Brennanla iyunun 20-də qüvvəsini sınayacaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2767852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR