Suraxanı bazarında kütləvi dava zamanı bir nəfər 7 bıçaq zərbəsi alıb

Suraxanı bazarında kütləvi dava zamanı bir nəfər 7 bıçaq zərbəsi alıb
07:32 19 İyun 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Bakının Suraxanı rayonunda yerləşən bazarlardan birində kütləvi dava baş verib.
“Report”un xəbərinə görə, bazarda satıcı işləyən 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu 3 nəfər ilə mübahisə edib.
Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ş.Məmmədov baş, boyun, ayaq və bədən nahiyələrindən 7 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/suraxani-bazarinda-kutlevi-dava-zamani-bir-nefer-7-bicaq-zerbesi-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR