ABŞ-da yay kottecinin eyvanı uçub, 50-dən çox insan xəsarət alıb

ABŞ-da yay kottecinin eyvanı uçub, 50-dən çox insan xəsarət alıb
07:52 19 İyun 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ ABŞ-ın Montana ştatında yay kottecinin eyvanının qismən uçması nəticəsində 50-dən çox insan xəsarət alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Kalispell şəhərinin tibb mərkəzinin nümayəndələri məlumat yayıb.
Hadisə Leyksayd yaşayış məntəqəsi yaxınlığında yerləşən meşə qəsəbəsində baş verib.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır. Xəsarət alanlar arasında uşaqlar və yaşlı insanlar da var.
Eyvanın hansı səbəbdən uçulduğu məlum deyil. Faktla bağlı araşdırma aparılır.





Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-yay-kottecinin-eyvani-ucub-50-den-cox-insan-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR