Yol polisindən çəkələk tövsiyəsi

Yol polisindən çəkələk tövsiyəsi
08:12 19 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi çimərlik mövsümünün başlanması ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Milli.Az xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin hərəkəti intensivləşəcək: "Yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərə sürət həddinin aşağı endirilməsini, ara məsafəsinin normadan artıq saxlanılmasını tövsiyə edirik".

Çəkələklə avtomobil idarə etmənin təhlükə yaratdığını diqqətə çatdıran V.Əsədov sürücülərə çəkələklə avtomobil idarə etməməyi tövsiyə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/555502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR