Millimiz yenə uduzdu

Millimiz yenə uduzdu
09:12 19 İyun 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Kişi voleybolçular arasında Avropa Liqasında üçüncü turun oyunları keçirilir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Makedoniyada keçirilən ilk mərhələnin A qrupunda yer alan millimiz növbəti matçında Albaniya millisi ilə üz-üzə gəlib.

İlk görüşdə Makedoniyaya 0:3, ikinci matçında isə İsveçə 2:3 hesabı ilə məğlub olan Fərid Cəlalovun yetirmələri ilk mərhələdəki sonuncu matçında Albaniyaya da uduzub. Yığmamızın gücü bu dəfə sadəcə 1 setə çatıb - 1:3.
 
Bununla da millimiz Makedoniyada keçirilmiş ilk mərhələdə bütün oyunlarından məğlubiyyətlə ayrılaraq sadəcə 1 xal toplamağı bacarıb.
 
Qrupdakı digər oyunda isə Makedoniya ilə İsveç qarşılaşıblar - 3:1.
 
Qeyd edək ki, qrupun ikinci mərhələsinin oyunları 23-25 iyun tarixləri arasında Albaniyada keçiriləcək.
 
Avropa Liqası
III tur
 
Azərbaycan - Albaniya - 1:3 (22:25, 22:25, 25:17, 10:25)
Hakimlər: Tiran Şayno (İsrail), Stoyan Baryev (Bolqarıstan)
Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev.
 
İsveç - Makedoniya - 1:3 (26:24, 17:25, 18:25, 18:25)
Hakimlər: Yasmin Huseynoviç (Bosniya və Herseqovina), Sergey Hulko (Ukrayna)

S

T

X

1

Makedoniya

3

3

0

9-1

249-196

9

2

Albaniya

3

2

1

6-6

255-260

5

3

İsveç

3

1

2

6:8

293-298

3

4

Azərbaycan

3

0

3

3-9

232-275

1

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/555513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR