Londonda məscidin qarşısında TERROR: 1 ölü, 10 yaralı - FOTO

Londonda məscidin qarşısında TERROR: 1 ölü, 10 yaralı - FOTO
09:23 19 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərənin paytaxtı Londonda naməlum şəxs "Finsbury Park" məscidindən çıxan vətəndaşların üzərinə yük maşını sürüb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər ağır yaralanıb.

İngiltərənin paytaxtı Londonun şimalındakı "Finsbury Park" məscidində gecə namazından çıxan müsəlmanların üstünə sürülən yük maşınının sürücüsü saxlanılıb.

Hadisənin terror aktı olduğu ehtimal olunur.

Məscidin imamı bunu terror adlandırır: "Məscidə gələn insanların sayı həddən artıq çox idi. Hədəf sadəcə müsəlmanlar olub, bu, açıq-aydın görünür."

Faktla bağlı London polisi tərəfindən istintaq başladılıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR