Cüdoçumuz Meksikada gümüş medal qazandı

Cüdoçumuz Meksikada gümüş medal qazandı
09:47 19 İyun 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Meksikada "Kankun Qran-Pri" yarışı Azərbaycan cüdoçusu Tural Səfquliyev üçün uğurlu olub və o, yarışda gümüş medal qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan təmsilçimiz Çili, Rumıniya və ABŞ idmançılarına qalib gələrək finala çıxıb.

Beynəlxalq turnirin həlledici qarşılaşmasında İspaniya cüdoçusu Nikoloz Şerazadaşviliyə məğlub olan Tural Səfquliyev "Meksika Qran-Pri"sində 2-ci yeri tutub. Digər iki cüdoçumuz - Rüfət İsmayılov və Cəlil Şükürov ilk görüşdə rəqiblərinə uduzublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/555538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR