Sərxoş kişi polisi ayağa qaldırdı - Sonra üzrxahlıq etdi

Sərxoş kişi polisi ayağa qaldırdı - Sonra üzrxahlıq etdi
10:12 19 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda maraqlı hadisə baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayon Zabrat qəsəbəsi, Şirvan küçəsində yaşayan Faiq Babayev (ad şərtidir) gecə saatlarında Daxili İşlər Nazirliyinin 102 - Qaynar Xəttinə müraciət edib.

O bildirib ki, avtomobilini Qaraçuxur qəsəbəsindəki kafenin qarşısında saxlayıb. Daha sonra kafedən çıxdıqda isə maşının qaçırıldığını görüb. Dərhal polis əməkdaşları axtarışlara başlayıb. Bir neçə saat sonra həmin şəxs yenidən polisə zəng edərək üzrxahlıq edib və maşını evinin həyətində saxlayıb kafeyə getdiyini deyib. Məlum olub ki, F.Babayev polisə müraciət edərkən sərxoş vəziyyətdə olub. Araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/555545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR