Daşkəsəndə avtomobil dərəyə aşıb, ölən var

12:53 8 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlkin İzzət/

Daşkəsən rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 7-də saat 14 radələrində Daşkəsən rayonunun Quşçu qəsəbəsində Gəncə şəhər sakini Zöhrab Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırıb. Sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2350987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR