"Unileasing" şirkətinin səhmdarları dəyişib

"Unileasing" şirkətinin səhmdarları dəyişib
10:17 19 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ “Unileasing” QSC-nin səhmlərinin 66,67%-nə nəzarət edən “Unibank” ASC və 33,33%-nə nəzarət edən Bankın Müşahidə Şurasının sədri Eldar Qəribov paylarını satıb.
“Report”un məlumatına görə, onların payını fiziki şəxslər alıb.
Yeni səhmdarların adları hələ açıqlanmır. Səhmlərin nominal dəyərindən iki dəfə ucuz satıldığı bildirilir.
Xatırladaq ki, "Unileasing" 2004-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 1,8 mln. manatdır. Şirkət son illər böyük zərərlə işləyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/unileasing-sirketinin-sehmdarlari-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR