Gilas cinsi gücü artırır

Gilas min dərdin dərmanı imiş.

Metbuat.az xəbər verir ki, tərkibi dəmir, kalsium, fosfor, C, A, K vitaminləri ilə zəngin olan gilas həzm problemi yaşayanlar üçün dərmandır. Yay aylarının sevilən meyvələrindən olan gilas vitamin anbarıdır. Faydaları saymaqla bitməyən meyvə afrodizyak təsiri ilə cinsi zəifliyi olanların üzünü güldürür.

Yatmazdan bir neçə saat əvvəl gilas yesəniz, daha rahat yuxuya gedəcəksiniz. 100 qram gilas 60 kaloridir. Meyvə liflə zəngin olduğu üçün arıqlamaq istəyənlərə məsləhət görülür. Şəkərli diabet riskini aşağı salır. Dərini qoruyur, yaşlanmağı gecikdirir. Antioksidant təsiri ilə xərçəngə qarşı qoruyur. Yaşla əlaqədar ortaya çıxan yaddaş problemlərini aradan qaldırır. Nevroloji xəstəliklərin yaranma riskini azaldır. İmmunitet sistemini gücləndirərək xəstəliklərdən qoruyur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR