Zaqatalada ağır yol qəzası baş verib, bir ailənin 4 üzvü yaralanıb

Zaqatalada ağır yol qəzası baş verib, bir ailənin 4 üzvü yaralanıb
10:22 19 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatala. 19 iyun. REPORT.AZ/ Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü yaralanıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KamAz" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə "Mercedesin" sürücüsü 1949 - cu il təvəllüdlü Adil Hacıməmməd oğlu Vəliyev və onunsərnişinləri - 1953-cü təvəllüdlü Ramazan Ərəb oğlu Balayev, 1981-ci təvəllüdlü Gülpəri Ramazan qizi Balayeva və 2016-cı il təvəllüdlü Əsrəd Ramil qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/zaqatalada-agir-yol-qezasi-bas-verib-bir-ailenin-4-uzvu-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR