Özündən 39 yaş kiçik qızla sevgili olan milyarderə 3 milyon manatlıq hədiyyə - FOTO

Özündən 39 yaş kiçik qızla sevgili olan milyarderə 3 milyon manatlıq hədiyyə - FOTO
10:23 19 İyun 2017
73 Şou
Ölkə mətbuatı
A- A+

Bahalı avtomobil kolleksiyası olan milyarder Əli Ağaoğluma dəyəri bahalı maşın hədiyyə ediblər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli iş adamının oğlu Əlican, qızı Sena və kürəkəni Koray Kırcal dünənki atalar günü münasibəti ilə Əli Ağaoğluna qiyməti 1,5 milyon avro olan (təxminən 3 milyon manat) "Rolls Royce" alıb.

Avtomobil 6 ay əvvəl Londonda sifariş verilib. Əli Ağaoğlu açıqlamasında "Uşaqlarım birləşib mənə xəyalını qurduğum gözəl hədiyyə alıb” , - deyə bildirib.

Əli Ağaoğlunun 1 ildir birlikdə olduğu sevgilisi Duyğu Su Gülpınar isə iş adamının 10 lüks avtomobilini istədiyi vaxt istifadə edir. Xüsusilə dəyəri 1 milyon TL (təxminən 500 min manat) olan “Lamborghini Gallardo Supperleggera” markalı maşın balerinanın favoritidir.

Xatırladaq ki, Əli Ağaoğlunun sevgilisi ilə aralarında 39 il yaş fərqi var.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/203083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR