Baş məşqçi Portuqaliyada meşə yanğınlarında xəsarət alanalara 100 min avro ianə verəcək

Baş məşqçi Portuqaliyada meşə yanğınlarında xəsarət alanalara 100 min avro ianə verəcək
10:37 19 İyun 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Çinin “Şanxay” futbol komandasının portuqaliyalı baş məşqçisi Andre Villaş-Boaş ölkəsində baş verən meşə yanğınları zamanı xəsarət alanlara yardım məqsədi ilə 100 min avro məbləğində ianə verəcək.
“Report”un məlumatına görə, 40 yaşlı mütəxəssis bu barədə şəxsi “Instagram” səhifəsində paylaşım edib. O, faciə qurbanlarına dəstək verənlərə minnətdarlığını çatdırıb.
Karyerası ərzində Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi” və “Tottenhem”, Rusiyanın “Zenit” komandalarına rəhbərlik edən Villaş-Boaş Portuqaliya və Rusiya çempionu tituluna sahib olub. O, 2011-ci ildə “Portu” ilə Avropa Liqasını qazanıb. 
Qeyd edək ki, iyunun 18-də Portuqaliyanın mərkəzi hissəsində baş verən meşə yanğınları zamanı 62 nəfər ölüb, 59 nəfər xəsarət alıb. Çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə iyunun 20-dək milli matəm elan edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/andre-villas-boas-portuqaliyada-mese-yanginlarinda-xesaret-alanalara-100-min-avro-iane-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR